Nazir: 8000 müəllimin müqaviləsinə xitam verilib

08.12.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Səkkiz min müəllimlə müqaviləyə xitam verilib.

Ölkə.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmirullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunların təqribən 4500-ü ibtidai təhsil, 1000-i isə Azərbaycan dili müəllimidir. 

Nazir bildirib ki, müəllimin əsas vəzifəsi Azərbaycan dilini şagirdə mükəmməl şəkildə tədris etməkdir. “Dilin öyrədilməsi ilə bağlı bünövrədə düzgün tədris etmədikdə şagirdlərin başqa bacarıqların əldə edilməsində də problem yaranır”, - o vurğulayıb.

Əmrullayev onu da əlavə edib ki, dövlət dilinin məktəblərdə tədrisində yaranan əsas problemlərdən biri də bu sahədə tədqiqatın olmamasıdır. “Sanballı tədqiqatların olmaması isə keyfiyyətli və yaxşı dərsliklərin hazırlanmasına da təsir edir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью