Nazir açıqladı: Sosialyönümlü xərclər 9,6 % artırılır

25.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsinin sosialyönümlü xərcləri 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 6,313 milyard manat və ya 1,6 dəfə çoxdur.

Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün gələn il dövlət büdcəsindən 4,812 milyard manat vəsait ayrılacaq:

"Bu, cari illə müqayisədə 420 milyon manat və ya 9,6 % çoxdur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью