Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycanda 800 minə yaxın aktiv vergi ödəyicisi var. Onların sayı artmaqda davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi Xidməti - 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda bildirib.
“Vergi işçilərinin sayı isə 3 minə yaxındır. Bizim bu iki qrup arasında sayda ciddi balansa nail olmaq niyyətimiz yoxdur. Əksinə, niyyətimiz var ki, maksimal şəkildə vergi bazasını daha yığcam, daha çevik və daha az sayda fəaliyyət göstərən kollektiv həyata keçirə bilsin. İnsan kapitalı Vergi Xidməti üçün əsas dəyərdir”, - M.Cabbarov qeyd edib.
Gülnar Əliyeva