Nazir: Alim adını yalançı alimlərdən qorumaq lazımdır

16.12.2025

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Alim" adını yalançı alimlərdən qorumaq lazımdır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

O bildirib ki, elm adamlarının hamısı kimin necə alim olduğunu bilir: “Bunu açıq şəkildə deməliyik. Alimlərin bir-birinə münasibəti dürüst deyil, bu öz nüfuzlarını da qorumağa imkan vermir. Alim adını yalançı alimlərdən qorumaq lazımdır. Layiq olmayan insanlara layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər görülür, amma inzibati qaydada tənzimləmək çətindir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью