Nazir Anar Əliyev Naftalanda vətəndaşları qəbul edib | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naftalan şəhərində həmin şəhərin və Goranboy rayonunun sakinlərini qəbul edib.
Qəbuldan əvvəl A.Əliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər.
Müraciət edənlər sırasında şəhid ailəsi üzvləri və müharibə veteranları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.
Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Tam oxu
Xəbəri oxu