Nazir: Astanadan Türkiyəyə ticarət yolu açıla bilər

21.11.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu sözləri Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumangarin yerli mətbuata açıqlamasında dilə gətirib. O bildirib ki, Ermənistan ərazisindən keçəcək marşrut Astanaya Türkiyə limanlarına birbaşa çıxış imkanı qazandıracaq.
"Hazırda Azərbaycan ərazisindən keçməklə Gürcüstanın Qara dəniz limanlarına səyahət imkanımız var. Yeni marşrut isə bizə Naxçıvana, (ardınca Ermənistan ərazisinə – red), oradan isə birbaşa Türkiyəyə və nəhayət, bu ölkənin dəniz limanlarına çatmağa fürsət yaradacaq", – nazir söyləyib.
Qazaxıstan və Ermənistan arasında uçuşların bərpası planlaşdırılır
O öz çıxışında həmçinin Qazaxıstanın Ermənistanla hava nəqliyyatını yenidən canlandırmağı nəzərdən keçirdiyini də vurğulayıb.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью