Nazir ATƏT Baş katibi ilə sülh prosesini müzakirə edib

15.02.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə Azərbaycan və Ermənistan arasındakı sülh prosesini müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Tərəflər arasında Azərbaycan-ATƏT əməkdaşlığının əsas istiqamətləri, ATƏT-in üzləşdiyi çağırışlar, regional və qlobal təhlükəsizliyə təhdidlər, eləcə də regionda vəziyyət ilə bağlı fikir mübadiləsi aparılıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью