Nazir: “Azərbaycanda dərsliklər əhəmiyyətini tamamilə itirəcək”

10.06.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycanda üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, hazırda süni intellekt müəlliflərdən daha yaxşı dərsliklər təqdim edir:
"Uşaqlara düzgün sual verməyi öyrətsək, dərslikləri süni intellekt əvəzləyə biləcək. Süni intellekt üç-dörd il sonra hətta Dilçilik İnstutunun tədqiqatlarını da daha yaxşı formada təqdim edəcək. Amma bu o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac olmayacaq".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью