Nazir: Azərbaycanın İrandakı səfirliyi və Baş konsulluğu fəaliyyətini bir an belə dayandır…
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tehrandakı səfirliyimiz və Təbrizdəki Baş konsulluğumuz İrandakı Azərbaycan vətəndaşları ilə bağlı mütəmadi fəaliyyətdədir, bütün bu müddət ərzində fəaliyyət bir an belə olsa dayanmayıb.
APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, İranda olan Azərbaycan vətəndaşları hər hansı çətinliklə üzləşəndə bununla bağlı müraciət edə bilərlər: "Biz burada hər hansı ciddi problem görmürük, səfirliyimiz və baş konsulluğumuz fəaliyyətdədir".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu