Nazir Bakı və İrəvan dialoqu üçün Gürcüstanı təklif etdi

11.04.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan və Azərbaycan həmişə Gürcüstandan dialoq platforması kimi istifadə edə bilərlər. 

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Bojorişvili deyib.

"Gürcüstan dəfələrlə bəyan edib ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin yekun həllinə, regionda sabit sülhün təmin edilməsi məqsədilə sülh sazişinin imzalanmasına töhfə verməyə hazırıq. Biz iki tərəfdaş, iki qonşu ilə münasibətləri inkişaf etdirməyə hazırıq", - deyə nazir vurğulayıb.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью