Nazir Bessent: Ukrayna nümayəndə heyəti yaxın günlərdə ABŞ a səfər edəcək

03.04.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna nümayəndə heyəti minerallar sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə ABŞ-a səfər edəcək.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent "Bloomberg”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, səfər iki ölkə arasında iqtisadi əməkdaşlıq sazişini müzakirə etmək üçün “ya bu həftənin sonu, ya da gələn həftənin əvvəlində” baş tutacaq.

Eyni zamanda o, “ukraynalıların vəkil tutduqlarını” və sövdələşmənin ABŞ tərəfində “hazır” olduğunu bildirib. “Biz inanırıq ki, bu saziş Amerika xalqı, Ukrayna xalqı və sülh prosesi üçün çox vacibdir”, - deyə nazir bildirib.

Ukrayna mətbuatının verdiyi məlumata görə, martın 28-də Ukrayna Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə ABŞ-dan mineral ehtiyatlara dair sazişin yeni variantını alıb.

Ukraynanın xarici işlər naziri Andriy Sybia bildirib ki, Ukrayna həm ABŞ, həm də Ukraynanın milli maraqlarına cavab verməli olan bu sənədi imzalamağa hazırdır.

"Reuters"in məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Zelenskinin mineral müqavilədən çıxmağa çalışdığını bildirib. Eyni zamanda, Trampın hədələdiyib ki, bu baş verərsə, Zelenskinin böyük problemləri olacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью