Nazir BMTnin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

29.11.2024

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədrinə müşavir təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Nəbiyev İlyas Nazim oğlu DSMF sədrinin müşaviri təyin olunub. 

Qeyd edək ki, İlyas Nəbiyev bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının  (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)  koordinatoru vəzifəsində çalışıb.

Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью