Nazir: Bu, riskləri azaldır

25.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan bir sıra tərəfdaş ölkələrlə birgə investisiya fondları yaradıb və çoxtərəfli investisiya platformalarında iştirak edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycan öz iqtisadiyyatına investisiya qoymaqdan çəkinmir və hökumətlərin özəl şirkətlərlə birgə investisiya yatırmasının mühüm əhəmiyyət daşıdığına inanır:

“Düşünürük ki, hökumətlər özəl şirkətlərlə yanaşı investisiya qoyduqda bu, etimad siqnalı verir və regiondakı bir çox layihələrin qarşısını alan riskləri azaldır”, - deyə M.Cabbarov vurğulayıb.

O qeyd edib ki, investisiya və iqtisadi inkişafın əsas istiqamətlərindən biri insan kapitalı və istedadın formalaşdırılmasıdır.

M.Cabbarov bildirib ki, Azərbaycan bu istiqamətdə təxminən iki onillik əvvəl xaricdə təhsil alan azərbaycanlı gənclərlə bağlı dövlət proqramı ilə fəaliyyətə başlayıb.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalanan və Dövlət Neft Fondu hesabına maliyyələşdirilən proqram nəticəsində dünya səviyyəli təhsil almış minlərlə rəqabətqabiliyyətli azərbaycanlı mütəxəssisdən ibarət kadr potensialı formalaşıb.

O əlavə edib ki, son ESA (Avropa Kosmik Agentliyi) hesabatında Azərbaycan müvafiq dövrdə əldə etdiyi irəliləyişə görə siyahının ən yüksək göstəricilərinə malik ölkələr sırasında yer alıb.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью