Nazir bu universitetə prorektor təyin etdi FOTO

03.03.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nicat Yaqubov Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin edilib. 

"Unikal" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

N.Yaqubov bundan öncə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью