Nazir bu xəstəxanaya direktor təyin etdi

16.07.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyinat olub.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxovun imzaladığı əmrə əsasən, Zaur Həsənov bu vəzifəyə gətirilib.

Yeni təyinatla əlaqədar olaraq Zaur Həsənov Culfa Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası, Ordubad Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Uşaq Xəstəxanasının kollektivlərinə təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью