Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
11 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik gündəliyində duran siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.
Artıq 4-cü dəfədir təşkil olunan Antalya Diplomatiya Forumunun beynəlxalq münasibətlər sistemində aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platformalardan birinə çevrildiyi qeyd olunub.
Xüsusilə, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemlər və qeyri-sabitliyə son qoyulmasında danışıqlar və diplomatiyanın əhəmiyyəti vurğulanıb.
Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.
Münasibətlərin daha da genişləndirilməsində hər iki ölkənin liderləri arasında ən yüksək səviyyədə olan dialoqun müstəsna rolu vurğulanıb.