Nazir Ceyhun Bayramovun BƏƏ dən olan həmkarı ilə regional və beynəlxalq vəziyyəti müzakirə…
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
21 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məybuat xidməti məlumat verib.
Telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu