Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatını 7 medalla başa vuran idmançıları təbrik edib.
Bizim.Media xəbər verir ki, ACF prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Bakıda keçirilən cüdo üzrə dünya çempionatında +100 kq çəki dərəcəsində Uşanqi Kokauri gümüş, Kənan Nəsibov isə bürünc medal qazanıb. Bu nəticə ilə milli komandamız fərdi yarışları rekord göstərici – 7 medalla başa vurub. Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah keçiriləcək qarışıq komanda yarışında millimizə uğurlar arzulayıram", - Rəşad Nəbiyev vurğulayıb.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial sabah başa çatacaq.
Azərbaycan cüdoçuları fərdi mübarizəni rekord sayda - 7 medalla başa vurublar.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında +100 kq çəki dərəcəsində Uşanqi Kokauri gümüş, Kənan Nəsibov isə bürünc medal qazanıb. Bu nəticə ilə milli komandamız fərdi yarışları rekord göstərici – 7 medalla başa vurub. Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah keçiriləcək qarışıq komanda yarışında millimizə uğurlar arzulayıram.
— Rashad Nabiyev (@RashadNNabiyev) October 10, 2026
Bizim.Media