Nazir: Danışıqların yeni mərhələsi üçün Omanın açıqlamasını gözləyirik

14.05.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Biz Omanın növbəti danışıqların vaxtını və yerini açıqlamasını gözləyirik. Məqsədimiz danışıqları davam etdirməkdir"

Bizimyol.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən İranın xarici işlər naziri Abbas Arakçi deyib.

Nazir danışıqların çox çətin keçdiyini və uranın zənginləşdirilməsi məsələsinin İran üçün əsas prinsiplərdən biri olduğunu bildirib.

Arakçi ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında İran əleyhinə açıqlamalarına da toxunub: "Təəssüf ki, Tramp tərəfindən çaşdırıcı fikir səsləndirildi: İran xalqı azad, müstəqil və inkişaf etmiş ölkə olmaq yolunu seçib. Lakin ABŞ təzyiqlər, sanksiyalar və hərbi təhdidlərlə ölkəmizin irəliləyişinin qarşısını almaq istəyir. Amerika bizim iqtisadi problemlərimizin əsas səbəbkarıdır və İran xalqının iradəsinə uyğun gəlməyən müstəqil bir hökumət istəyir", - deyə bildirib.

Nazir: "Tramp maksimum təzyiq siyasəti yürüdür. O, İsrailin bütün təhdid və cinayətlərinə məhəl qoymur və İranı təhdidçi tərəf kimi göstərir. Qəzzada 60 min insanı öldürən, Livan, Yəmən və Suriyaya hücum edən kimdir?", - deyə qeyd edib.

XİN rəhbəri Qətər və Səudiyyə Ərəbistanına səfərin İran-ABŞ danışıqları çərçivəsində baş tutduğunu bildirib: "Biz mütəmadi olaraq region ölkələrini danışıqlar barədə məlumatlandırırıq. Biz regional razılığın əldə olunmasında çox maraqlıyıq", - deyə bəyanat verib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью