Nazir dəmiryol vağzalındakı hadisə ilə əlaqədar istefa verib

05.11.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç Novi Sad dəmiryol vağzalında baş vermiş faciə ilə əlaqədar istefa verdiyini açıqlayıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə o, hökumət binasında fövqəladə mətbuat konfransı zamanı bildirib.

“Mən Novi Sadda faciə baş verən gün öz qərarımı Serbiyanın Baş nazirinə bildirdim, sonra bu barədə ölkə Prezidentinə də məlumat verdim”, - Vesiç bildirib.

Xatırladaq ki, noyabrın 2-də Serbiyanın ikinci böyük şəhəri Novi Sadda vağzal binasının tavanı uçub. Nəticədə 14 nəfər həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью