Nazir direktoru işdən çıxardı FOTO

06.07.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.

Bakıvaxtı.az Demokrat.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova iyunun 3-dən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin (PHŞ) direktoru vəzifəsindən azad olunub.

Nazirliyin məlumatına görə, hazırda institut direktorunun vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью