Nazir: Dövlət büdcəsinin 60 % i elektron qaydada proqnozlaşdırılacaq

22.10.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycanın dövlət büdcəsinin 60%-i elektron qaydada proqnozlaşdırılacaq.

525.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, ümumilikdə, təqribən üç il ərzində Azərbaycanın dövlət vəsaitlərinin, dövlət aktivlərinin, qeyri-maliyyə aktivlərinin və digər aktivlərin tam elektron uçotu vahid reyestrdə cəmləşdiriləcək: "Bu reyestr həmin məlumatları elektron müqavilə, elektron xəzinə və elektron büdcə sistemləri ilə tam şəkildə əlaqələndirməyə imkan verəcək. Reyestr əsasında proqnozlaşdırma aparıldıqda, növbəti illərdə dövlət büdcəsinin təqribən 60%-i elektron proqnozlaşdırma əsasında formalaşdırılacaq. Müvafiq məlumatlar formalaşdıqdan sonra fərdi yanaşmaya ehtiyac qalmayacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью