Nazir: Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi investisiya qoyuluşlarını artırır AZƏRTAC

13.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb: “İqtisadi səmərəlilik və sosial fayda; Strateji biznes imkanları; Dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı. Dövlət-özəl tərəfdaşlığının inkişafı ölkəmizdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticələr verir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью