Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.
O bildirib ki, hazırda bu islahatların davamı olaraq qanunların praktiki tətbiqini təmin edən normativ mexanizmlər təkmilləşdirilir:
"Xüsusilə son bir ildə qaz və istilik təchizatı sahələrində mühüm addımlar atılıb. “Qaz təchizatı haqqında” yeni qanunun tətbiqi çərçivəsində qazdan istifadə, qaz təchizatı sisteminin fəaliyyətinin tənzimlənməsi, texniki təhlükəsizlik və dövlət nəzarəti, “İstilik təchizatı haqqında” qanun əsasında isə istilik enerjisindən istifadə, çoxmənzilli yaşayış binalarında mərkəzləşdirilmiş istilik təchizatı, fərdi istilik sistemlərinin tətbiqi şərtləri, şəbəkələrin mühafizəsi və qurğuların təhlükəsiz istismarı üzrə qaydalar təsdiqlənib. Bu yeniliklər enerji təchizatının etibarlılığının artırılmasına, istehlakçı hüquqlarının qorunmasına və sektorda müasir idarəetmə prinsiplərinin tətbiqinə xidmət edir".