Nazir: Ermənistanın Yunanıstanda səfirlik açması ikitərəfli əməkdaşlıq üçün dönüş nöqtəsidir

14.02.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Xarici işlər naziri Konstantinos Kombos bildirib ki, Ermənistanın Kipr Rum Administrasiyasında səfirlik açması iki ölkə arasında əməkdaşlıq üçün “dönüş nöqtəsi” olub.

Bizimyol.info xəbər verir ki, nazir cümə axşamı Ermənistanın Kiprdəki səfiri, Yunanıstanda yaşayan Tiqran Mkrtçyanla səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vida görüşü keçirib.

Kombos “X” sosial media platformasında etdiyi paylaşımda səfirin “ADR və Ermənistan arasında ikitərəfli münasibətləri daha da gücləndirmək və inkişaf etdirmək əzminə” görə “minnətdar olduğunu” bildirib.

Mesajda: “Biz səbirsizliklə Kipr Rum Administrasiyasında Ermənistan səfirliyinin açılmasını gözləyirik ki, bu da bizim artan əməkdaşlığımızda mühüm dönüş nöqtəsidir”, - deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью