Nazir gəmilərin Baltik dənizindən keçidi üçün ödəniş edilməsini təklif edib

30.01.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Estoniya Baltik dənizindən keçən gəmilərin ödəniş etməsini təklif edib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur “Reuters” agentliyinə müsahibəsində bildirib.

"Bu, əslində, kabellərin zədələnməsi halında sığorta haqqıdır", - nazir deyib.

Onun sözlərinə görə, kabellərin zədələnməsinin qarşısını almaq üçün yaxın vaxtlarda su hövzəsində lövbərlərin aşkar edilməsi məqsədilə xüsusi sensorlar, infrastrukturun qorunması üçün isə hasarlar quraşdırıla bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью