Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanda STEAM istiqamətinə başlayanda bu, cəmi təxminən 50 məktəb və bir neçə min şagirdi əhatə edirdi. İndi isə 300 mindən çox şagirddən danışırıq. Yəni əsas məsələ ondan ibarətdir ki, siz kiçik addımlarla başlayırsınız və daha sonra bu prosesi genişləndirirsiniz".
Bakıvaxtı.az xəbər verir ki, bunu “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində keçirilən panel müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir vurğulayıb ki, eyni zamanda, əsas göstəricilərə nəzər saldıqda, PISA-nın son nəticələri bizə riyaziyyat sahəsində harada olduğumuzu göstərən çox yaxşı bir mənzərədir:
"Düşünürəm ki, riyaziyyat kifayət qədər yaxşı nəticələr əldə etdiyimiz sahələrdən biridir.
Xüsusilə Bakının nəticələrini qeyd etmək olar. Bakı ölçüsü və əhalisi baxımından müəyyən ölkələrlə müqayisə oluna bilər. Burada yüksək nəticə göstərən şagirdlərin payı 8-10 faizə qədərdir. Mən hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir və bu, hər il minlərlə şagird deməkdir.
Əgər bunu beş və ya on il üzrə hesablasaq, deməli, qarşıya çıxan istənilən problemi düzgün şəkildə həll etmək üçün kifayət qədər insan resursumuz olacaq. Digər tərəfdən, biz müsbət dinamika görürük, yəni göstəricilər yaxşılaşır".
Günəş Mərd