Nazir iclas zamanı huşunu itirdi Almaniyada

30.09.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın nəqliyyat naziri Patrik Şnider Berlində Nazirlər Kabinetinin iclası zamanı huşunu itirib və təcili olaraq xəstəxanaya çatdırılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə DPA agentliyi Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Korneliusa istinadən məlumat verib.

O bildirib ki, Şnider danışıqlar masası arxasında huşunu itirib. Nazir sonradan özünə gəlib, lakin təhlükəsizlik məqsədilə tibbi müayinədən keçəcək. Patrik Şnider nazirlər kabinetinin qrupla foto çəkilişinə qatıla bilməyib.

Xəbərə görə, Almaniya nəqliyyat nazirinin xəstəxanaya yerləşdirilməsinə səbəb kəskin ürək-damar çatışmazlığı olub.(oxu.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью