Nazir idarə rəisini təqaüdə göndərdi (ÖZƏL)

31.08.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Təchizat idarəsinin rəisi vəzifəsindən azad olunub.

Qaynarinfo-nun məlumatına görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Elnur Mirzəyev pensiyaya çıxması ilə əlaqədar öz arzusu ilə xidmətin Təchizat idarəsinin rəisi vəzifəsindən azad edilib.

Müvafiq vəzifəyə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, Elnur Mirzəyev 2024-cü ilin yanvar ayında sabiq ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə sözügedən vəzifəyə təyin olunmuşdu.

Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью