Nazir idarə rəisini vəzifədən uzaqlaşdırıb

25.02.2026

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib.

Reyting.az "Unikal"a istinadla xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb.

Hazırda MN-nin Maliyyə-Büdcə İdarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Vüqar İbrahimov icra edir.

Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью