Nazir: İğdır Naxçıvan qaz kəməri Türkiyənin bölgələrinin inkişafında da mühüm rol oynayacaq

05.03.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təminatı ilə bərabər, Türkiyənin Ərzurum və digər bölgələrinin iknişafında mühüm rol oynayacaq.

APA-nın Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, buraxılış gücü 739 mln kubmetr olan bu kəmərin gücünün gələcəkdə artırılması imkanı var: “Eyni zamanda bu kəmər əks istiqamətdə də qaz nəql edə biləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью