Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC Kənd təsərrüfatı dünyada iqtisadiyyatın ən mühüm sektorlarından biridir.
Halbuki fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: Fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək” Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışında deyib.
O qeyd edib ki, onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər.
“Bu təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da onların həyat tərzinə ciddi ziyan vurur.
Lakin qlobal iqlim dialoqlarında onlara çox az diqqət yetirilir.
İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur.