Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq

08.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Müasir suvarmaya bəzi istiqamətlərdə artıq 50 faizə qədər dövlət güzəşti veriləcək. Burada əsas məqsəd az resursla daha çox məhsul istehsalına nail olmaqdır. Məqsəd sudan daha az və səmərəli istifadə olunmadır.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Onun sözlərinə görə, tarlaqoruyucu zolaqlar dövlət tərəfindən subsidiyalaşdırılır: “Bu, tarlaların və torpaqların qorunmasına, eroziyanın azalmasına xidmət edir. İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью