Nazir köməkçisi: 5 nəfərin vəziyyəti ağırdır

26.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində xəsarət alan 3 rusiyalının vəziyyəti son dərəcə ağır, bir xəstənin vəziyyəti ağırdır.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib.

“Rusiya Səhiyyə Nazirliyinin Fəlakət Təbabəti üzrə Federal Mərkəzinin mütəxəssislərinin apardığı müayinələrin nəticələrinə əsasən, Aktauda qəzaya uğrayan təyyarədə xəsarət alan 3 rusiyalının vəziyyəti son dərəcə ağır, 1 xəstənin vəziyyəti ağır qiymətləndirilir".

Kuznetsovun sözlərinə görə, daha 5 nəfərin, o cümlədən 1 uşağın vəziyyəti orta ağırdır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью