Nazir Kurum: İstanbul zəlzələsindən sonra 4295 bina zədələnib

02.05.2025

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda baş verən zəlzələdən sonra 4295 binaya ziyan dəyib, Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum deyib.

“Biz indiyədək 36 425 binanı yoxlamışıq, onlardan 4 295-i cüzi ziyan görüb”, – TRT Haber onun sözlərini sitat gətirir.

Onun sözlərinə görə, zəlzələ zonasında işlər davam edir.

Aprelin 25-də İstanbulda yeni zəlzələ baş verib.

Bundan başqa, aprelin 27-də Türkiyənin şərqində zəlzələ qeydə alınıb.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью