Nazir Məhəmməd Saif Əl Suveydi ilə görüşüb

06.09.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb.

Oxu.Az xəbər verir ki, nazir bu barədə özünün "X" hesabında paylaşım edib.

Bildirilib ki, görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğu qeyd edilib:

"Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi kimi məsələləri müzakirə etdik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью