Nazir: Məktəblərdə dərslərin başlama vaxtını direktor və valideyn tənzimləyə bilər

06.02.2025

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məktəblərdə dərslərin başlama vaxtının dəyişməsini direktor və valideyn tənzimləyə bilər.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, nazirlik belə hallara etiraz etmir.

"Misal olaraq, kənd məktəblərində övladı təhsil alan valideynlər deyə bilər ki, dərs orada saat 8-də yox, məhz saat 8:30, yaxud 9:00-da başlasın, nazirlik olaraq buna etiraz etmərik", - E.Əmrullayev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью