Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirdi | Icma.az
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır.Bizim.Media xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.Nazirin sözlərinə görə, burada iki məsələ xüsusi qeyd olunmalıdır:“Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və bu, dəfələrlə deyilib.
Çünki təhsil sistemi böyükdür. Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə
Söhbət bir məktəbdən gedirsə, təbii ki, nəticə barədə ictimaiyyətə məlumat verilir.
Hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır.Çünki vətəndaşın şikayəti əsasında sübut olmadıqda, bunu təsdiq etmək çətindir.Bu halda cəza tədbiri görüləndə, direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir.Çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq.
Elm və Təhsil Nazirliyinin kimisə işdən çıxarmaq mövqeyi yoxdur”.Bizim.Media Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu