Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib | Icma.az
Icma.az bildirir, Report.az saytına əsaslanaraq. Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı t
“Report” un yerli bürosu məlumat verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, burada iki məsələ xüsusi qeyd olunmalıdır: “Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və bu, dəfələrlə deyilib.
Sistem böyükdür. 4400 məktəbin hər hansısa birində bu hal baş verirsə, biz onu araşdırır və bununla mübarizə aparırıq.
Həmçinin eyni halda da rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq mühafizə orqanları tərəfindən də araşdırılmasının və müvafiq adamların müvafiq cəza almasının tərəfdarıyıq”.
Nazir vurğulayıb ki, bir müəllimin, məktəbin belə fəaliyyətini bütün məktəblərə şamil etmək düz deyil: “Belə bir ümumiləşdirmə ən azı məntiqli deyil.
Söhbət bir məktəbdən gedirsə, onu araşdırıb təbii ki, ictimaiyyətə bu barədə məlumat verəcəyik.
Bizim hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır.
Tam oxu
Xəbəri oxu