Nazir məktəblərdə pul yığımı ilə bağlı məsələyə aydınlıq gətirdi | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. "Məktəblərdə hazırda sistematik şəkildə pullar yığılmır.
Müxtəlif zamanlarda ayrı -ayrı məktəblərdə belə hallarla bağlı şikayətlər olur. Bunlar araşdırılır".
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, burada iki məsələ xüsusi qeyd olunmalıdır: “Bu, yol verilməz haldır, dəfələrlə də deyilib. Sistem böyükdür.
4400 məktəbin hər hansısa birində bu hal baş verirsə, biz onu araşdırır və bununla mübarizə aparırıq.
Həmçinin eyni halda da rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq mühafizə orqanları tərəfindən də araşdırılmasının və müvafiq adamların müvafiq cəza almasının tərəfdarıyıq”.
Nazir vurğulayıb ki, bir müəllimin, məktəbin belə fəaliyyətini bütün məktəblərə şamil etmək düz deyil: “Belə bir ümumiləşdirmə ən azı məntiqli deyil.
Söhbət bir məktəbdən gedirsə, onu araşdırıb təbii ki, ictimaiyyətə bu barədə məlumat verəcəyik.
Tam oxu
Xəbəri oxu