Nazir məsləhətçini İdarə rəis təyin edib

20.11.2024

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin olunub.

Məlumata görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Nazirin əmri ilə Elvin İsmayıl oğlu Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Binəqədi rayon Gənclər və İdman İdarəsi baş məsləhətçisi, son təyinata qədər Gənclər və İdman Nazirliyinin əməkdaşı olub(Modern.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью