Nazir milli üzvləri ilə görüşüb FOTOLAR

23.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev icraçı vitse-prezident Fərrux Mahmudovla birgə millinin oyunçunuları və məşqçi heyəti ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, görüş zamanı qurum rəsmiləri İsveçrə ilə baş tutacaq vacib oyun öncəsində yığma üzvlərinə mənəvi dəstək olublar.

Federasiya prezidenti Emin Əmrullayev milli komandanın Azərbaycanın basketbol tarixində yeni uğurlar qazanmaq potensialına malik olduğunu vurğulayaraq, basketbolçularımızın ölkəmizi layiqincə təmsil etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində İsveçrə ilə keçirəcəyi oyun noyabrın 24-də, saat 14:00-da start götürəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью