Nazir: Minsk Qrupunun ləğvi barədə 1 sentyabrda qərarın qəbulu gözlənilir

26.08.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ümumilikdə ABŞ-da sülh sazişin imzalanması əvəzinə məhz paraflanması Azərbaycanın mövqeyinin ardıcıllığını ortaya qoyur.

APA xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ATƏT-in Minsk Qrupu və əlaqədar strukturlarının bağlanması ilə bağlı müraciət ATƏT ölkələri arasında yayılıb və 1 sentyabrda qərarın qəbulu gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью