Nazir MOK dakı vəzifəsindən uzaqlaşdırılıb

18.02.2025

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.



Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

Məlumata görə, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb.
Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib.
Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.
Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər - Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью