Nazir: Monteneqroda ən gözəl kurortlardan birini Azərbaycan inşa edib

22.09.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Monteneqroda ən gözəl kurortlardan birini Azərbaycan inşa edib.

APA xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordik “See Breeze” də keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Nazir Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib və vurğulayıb ki, Azərbaycan və Monteneqroya investisiya əməkdaşlığı mövcuddur.

“Monteneqronun ümumi daxili məhsulunun 30%-i turizmin payına düşür. Bu baxımdan xarici investisiya bizim üçün mühümdür. Hazırda, 100-dən çox ölkə Monteneqroya investisiya qoyur”,- Simonida Kordik qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью