Nazir müavini Ağdaşda vətəndaşları qəbul edəcək

21.11.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Noyabrın 25-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Yevlax şəhəri, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Sfera.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan etibarən Ağdaş şəhəri, Heydər Əliyev meydanı, 3 ünvanında, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью