Nazir müavini Ağstafa rayonunda vətəndaş müraciətlərini dinləyəcək

02.09.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyevin sentyabrın 11-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinləri ilə görüşü olacaq.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar sentyabrın 2-8-i tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq görüşə yazıla bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью