Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov iyunun 13-də Füzuli rayonunda sakinləri qəbul edəcək.
Nazirlikdən bildirilib ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 2 - 10 iyun tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.