Nazir müavini Anar Bayramov Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək

01.08.2025

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov avqustun 12-də Mingəçevir şəhərində sakinləri qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 1 - 7 avqust tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью