Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Son illlərdə kənd təsərrüfatı sahəsində davamlı artım dinamikası müşahidə olunmaqdadır. Burada həm bitkiçilik, həm də heyvandarlıq sahəsi üzrə artımları qeyd edə bilərəm".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, son 10 ildə real ifadədə kənd təsərrüfatında artım 37.7 faiz olub:
"Müvafiq olaraq bitkiçilik sahəsində bu göstərici 48.2, heyvandarlıq sahəsində isə 29.6 faiz civarında olub. Ümumilikdə müsbət tendensiyalar olaraq aqrar və qida məhsulları ixracının da 62.8 faiz yüksəklidiyini qeyd edə bilərəm".